Elektrik enerjisi limiti artırıla bilər

Elektrik enerjisi limiti artırıla bilər

31 Mart 2020 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Elektrik enerjisi limiti artırıla bilər.

Oxuməni.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” proqramında çıxışında deyib.

“Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.

Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”, - deyə nazir bildirib.

Oxuməni.az