Dövlət Sərhəd Xidməti (DSX) üçün Bakıda tikilmiş bina "Eurovision" turistlərinin ixtiyarına veriləcək

Dövlət Sərhəd Xidməti (DSX) üçün Bakıda tikilmiş bina "Eurovision" turistlərinin ixtiyarına veriləcək

11 Aprel 2012 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

DSX-dan verilən məlumata görə, media orqanlarında sərhədçi zabitlər üçün inşa olunan mənzillərin "Eurovision" mahnı yarışması üçün xarici qonaqların istifadəsinə veriləcəyi barədə yayılan məlumat doğrudur. Müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir otellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq.

Sərhədçilərə verilən mənzillərdə kondisioner, istilik təchizatı, telefon, kabel televiziyası, internet xətti, hər otaqda televizor, soyuducu olacaq. Bunlar mənzilə köçəcək zabitlərin ixtiyarında qalacaq. "Eurovision"la əlaqədar olaraq kompleksdə böyük yeməkxana, əyləncə mərkəzi və s. imkanlar yaradılacaq. Məlumatda bildirilir ki, hazırda binadakı mənzillərdə təmir işləri aparılır. Bunun üçün büdcədən vəsait ayrılıb.

O.M.