ARDNŞ 15 min qanunsuz tikilinin sökülməsi üçün məhkəməyə müraciət etdi

ARDNŞ 15 min qanunsuz tikilinin sökülməsi üçün məhkəməyə müraciət etdi

11 Aprel 2012 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucovun verdiyi məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində tikilmiş qanunsuz evlərlə bağlı 7 minə yaxın iş hazırlanıb məhkəməyə təqdim ediləcək. Təkcə Sulutəpə ərazisi üzrə 3100 iş məhkəməyə təqdim edilib. Ümumilikdə isə bu cür tikililərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəmələrə göndərilib.

E.Orucov həmçinin qeyd edib ki, şirkətin ərazisində yerləşən qanunsuz tikililərin sökülməsi haqqında məhkəmənin qərarı olmasına baxmayaraq, onların icrası müvəqqəti olaraq dayandırılıb.

O.M.