İsti hava şəraiti davam edəcək

İsti hava şəraiti davam edəcək

11 Aprel 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti davam edəcək. Sabah paytaxtda hava dəyişkən buludlu, yağmursuz olacaq, səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də havaların dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Aprelin 12-də Azərbaycanın rayonlarında havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
Aprelin 13-də əsasən gecə və axşam yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

O.M.