Rusiya Finlandiya ilə dəmir yolu əlaqəsini dayandırır

Rusiya Finlandiya ilə dəmir yolu əlaqəsini dayandırır

18 Mart 2020 10:56
Bəyəndim (1) Bəyənmədim (0)

COVİD-19 pandemiyasına görə Rusiya Finlandiya ilə dəmir yolu əlaqəsini dayandırır.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, Rusiya Dəmiryolu İdarəsi bildirir ki, martın 18-dən etibarən Moskvadan Helsinkiyə gedən qatar, martın 19-dan isə Allegro sürətli qatarının Sankt-Peterburqdan fin paytaxtına qədər hərəkət etməsi dayandırılacaq.

18 mart, saat 17:44 Helsinkidən Moskvaya son qatar yola düşəcək. Saat 19:00-da Sankt-Peterburqan Finlandiyaya (Allegro) son qatar yola düşəcək. Rusiya dəmiryolları Finlandiya ərazisində qalan sərnişinlərinu bu məlumatı nəzərə almağı tövsiyə edir.

İstifadə edilməmiş biletləri sərnişinlərə geri qaytarmaq mümkün olacaq. Bileti alındığı ölkənin kassalarına qaytarmaq lazımdır. Elektron Biletlər satın alındıqları sayt vasitəsilə geri qaytarıla bilər.

Dəmir yolu əlaqəsinin yenidən başlanması haqqında əlavə məlumat veriləcəkdir.

Oxuməni.az