Brent markalı neftin qiyməti antirekord vurur
London Ice birjasında Brent markalı neftin fyuçersinin qiyməti bir barel üçün 31 dollardan aşağı düşüb.
Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, bu, 2016-cı ilin fevral ayından etibarən ən aşağı göstəricidir.
Avropada fond bazarları açılış zamanı ən azı 5% itirib, bu, ilk növbədə, Fransa və İspaniya kimi ölkələrin iqtisadiyyatını faktiki olaraq dayandıran şənbə və bazar günləri açıqlanan tədbirlərlə bağlıdır.
Rusiya səhm bazarı isə orta hesabla göstəricilərin 4% azalması ilə açılıb.
Oxuməni.az
Digər xəbərlər