SOCAR-ın Belarus üçün ikinci neft tankeri Odessa limanına çatıb

SOCAR-ın Belarus üçün ikinci neft tankeri Odessa limanına çatıb

16 Mart 13:00
713
Bəyəndim (0) Bəyənmədim (0)

Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Azərbaycan neftinin nəqlinə başlanılıb. Yaxın zamanlarda isə neft Belarus ərazisinə çatacaq.

Oxuməni.az “İnterfax”a istinadən xəbər verir ki, bunu “Belneftxim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Onun sözlərinə görə, “Belneftexim”in “SOCAR Trading” ilə əldə etdiyi razılığa əsasən ötən bazar günü ikinci tanker Odessa limanında qəbul edilib.

O bildirib ki, Odessa-Brodı neft kəməri ilə neftin nəqlinə istirahət günlərində başlanılıb: “Yaxın zamanlarda isə neft Brodı-Mozır neft kəməri ilə nəql edilməyə başlaycaq”.

O, həmçinin qeyd edib ki, 80 min ton həcmində “Urals” nefti ilə dolu tanker bu bazar günü Novorossiysk limanından Odessa limanına gətirilib.

Daha əvvəl də qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi “SOCAR Trading” martda Belarus üçün Odessa limanından “Odessa-Brodı” boru kəməri ilə nəql etmək üçün ümumi həcmləri 250 min ton olan üç tanker göndərəcək. Belə ki, martın 12-də Ceyhan limanından Odessa limanına 90 min ton həcmində “Azeri Light” markalı nefti daşıyan tanker gəlib. Martın 15-də isə Novorossiysk limanından ümumi həcmi 80 min ton “Urals” nefti gətirilib. Bundan başqa, Supsa limanından daha 80 min ton həcmində “Azəer Ligth” markalı nefti daşıyan tankerin gəlməsi gözlənilir.

Xatırladaq ki, SOCAR Belarusa 2020-ci ildə ümumi həcmi 1 milyon ton neft çatdıra bilər.

Oxuməni.az