Neft ABŞ-ın fond indekslərini də vurdu

Neft ABŞ-ın fond indekslərini də vurdu

10 Mart 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın əsas indekslərinin dəyəri Nyu York fond birjasının ticarət sessiyasının nəticələrinə əsasən əhəmiyyətli miqdarda azalıb.

Oxuməni.az xəbər verir ki, buna əsas səbəb ABŞ-da koronavirusun yayılma ehtimalının genişlənməsi və neft qiymətlərinin kəskin azalması olub.

Məlumata görə, ABŞ-ın sənaye indeksi olan “Dou Cons” 7,79% azalıb. Bu, “Dou Cons”un 2008-ci ildən bu yana qeydə alınan ən böyük gerilməsi olub. ABŞ-ın 500 ən böyük şirkətini birləşdirən “S&P 500” indeksi 7,60% , “Nasdaq” elektron birjası 7,92% geriləyib.

Oxuməni.az