İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalına qadağa qoyuldu

İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalına qadağa qoyuldu

9 Aprel 2012 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərin nümayəndələri ilə keçirilən iclasda xəbərdarlıq edilib ki, 01 iyun tarixindən etibarən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalına qadağa qoyulacaq. Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə.Abdullazadə deyib ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.

O.M.