Sabah havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 28 dərəcəyədək yüksələcək

9 Aprel 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Aprelin 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30,
dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Aprelin 11-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 24-29,
dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.