"Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir"

"Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir"

5 Mart 2020 08:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə bildirib.

"Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynə

Oxuməni.az