"Qazprom" qalib gəlir: Avropa SMQ-dan imtina edir

"Qazprom" qalib gəlir: Avropa SMQ-dan imtina edir

3 Mart 12:46
2 412
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika mayeləşdirilmiş təbii qaz istehsalçıları Avropada müştərilərini itirirlər.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, ötən həftə iki İspan şirkəti artıq müqavilə bağlamış Sıxılmış Maye Qaz (SMQ) partiyasını qəbul etməyib: qiymətlərin düşməsinə görə, "Azadlıq qazı" nın Avropaya gətirilməsindən başqa, dəbbə pulu ödəmək daha sərfəlidir. Ekspertlərin fikrincə, yaranmış bazar konyukturasında Rusiya şirkətləri qalib gəlir.

İspan Repsol SA və Endesa SA Cheniere Energy ilə müqavilə əsasında əldə etmək məcburiyyətində olan 200 milyon kubmetr qazdan imtina etdi. Lakin onlar amerikalı tərəfdaşla hesablaşmalı olacaqlar.

Məsələ ondadır ki, Cheniere qazdan çox, onun mayeləşdirilməsi üzrə xidmətlər satır. Müştərilər SPG-ni götürdüklərindən asılı olmayaraq onları ödəməlidirlər.

Oxuməni.az