İran Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır

İran Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır

26 Fevral 16:10
1 542
Bəyəndim (1) Bəyənmədim (0)

İranla Azərbaycan arasında idxal-ixrac əməliyyatlarında idxal üstünlük təşkil edir. Təkcə ötən il İrandan ölkəmizə 500 milyon dollara yaxın dəyərdə məhsul daxil olub. Bu, kifayət qədər böyük rəqəmdir.

Oxuməni.az-ın verdiyi xəbərə görə iqtisadçı-ekspertlər bildiriblər ki, İranla əlaqələrimiz genişdir: Həmçinin İrandan tikinti materialları, zinət əşyaları da alırıq. Azərbaycan hər ay rəsmi əlaqələrlə İrandan 40-45 milyon dollarlıq məhsul idxal edir. Buna sərhədyanı ticarət daxil deyil. Çünki bu ticarətlə məşğul olan kifayət qədər çoxlu sayda vətəndaşlarımız var.

Ekspertlərin fikrincə, İranda koronovirusun daha geniş yayılması və gələcəkdə sərhədlərin uzun zaman bağlı qalması İrandan gətirilən məhsulların qiymətinə təsir göstərəcək. İran mallarında bahalaşma müşahidə olunacaq. Həm bazarda qıtlıq yaranacaq, həm də bazardan gətirilən məhsulları qısa zamanda digər ölkələrlə əvəz etmək çətinləşəcək. Hətta əvəz olunsa belə, proses vaxt alacaq. Malları əsasən Türkiyədən idxal etmək olar. Amma Türkiyə məhsulları İran məhsullarına nisbətən bahadır.

Ekspertlər bildiriblər ki, qonşu ölkədə epidemiyanın yayılması ölkəmizdən İrana olan ixracata təsir etməyəcək. Çünki bizim İrana ixrac etdiyimiz məhsullar elə də böyük həcmdə deyil.

Ekspertlər qeyd edib ki, təkcə xarici məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı müşahidə oluna bilər. Tələb və təklif qanunu işə düşə bilər. Yerli məhsullar bazarda azalan İran məhsullarını həcm olaraq əvəz edə bilməsə, qiymətlərdə artım qaçılmazdır.

Oxuməni.az