Rusiyada koronavirusa görə sarımsaq bahalaşıb

Rusiyada koronavirusa görə sarımsaq bahalaşıb

26 Fevral 2020 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiyada yanvar ayında sarımsağın qiyməti 37% bahalaşıb.

Mütəxəssislərin fikrincə, bu koronavirusun yayılması ilə bağlıdır.

Ötən il sarımsağın 1 kiloqramı 155 rubla satılırdısa, bu il həmin çəkidə sarımsağı 212 rubldan aşağı qiymətə almaq mümkün deyil.

Bundan əlavə, fevral ayında sarımsağın qiyməti daha 5,5% bahalaşıb.

Hal-hazırda Rusiya bazarlarında sarımsağın bir kiloqramı 246 rubla satılır.

Oxuməni.az