Həftə sonu hava isti və yağmursuz olacaq

Həftə sonu hava isti və yağmursuz olacaq

6 Aprel 2012 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman qeydə alınacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Aprelin 8-də havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub küləyi əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Aprelin 8-9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

O.M.