Macarıstan bir neçə ildən sonra Azərbaycandan təbii qaz idxal edə bilər

Macarıstan bir neçə ildən sonra Azərbaycandan təbii qaz idxal edə bilər

18 Fevral 09:34
491
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan 2023-cü ildən Azərbaycandan təbii qaz idxalına başlaya bilər.

Oxuməni.az-ın məlumatına görə, bunu Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto deyib.

O bildirib ki, Macarıstanın Azərbaycandan idxal edəcəyi ildə 1-2 milyard kubmetr həcmində təbii qaz ölkəyə qaz tədarükünün təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Nazir əlavə edib ki, Azərbaycan qazının Macarıstana idxalı “Cənub Qaz Dəhlizi”nin tikintisinin başa çatması sayəsində mümkün olacaq.

P.Siyarto Macarıstanın MOL neft-qaz şirkəti ilə ABŞ-ın “Chevron” şirkəti arasında imzalana sazişi xatırladıb. Bu sazişə əsasən MOL “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənməsi layihəsində 9,5 faiz paya vəı Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində 9 faizə yaxın paya sahib olub.

Nazir qeyd edib ki, bu, Macarıstanın Qafqazda ən böyük investisiyası olub.

Oxuməni.az