Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər

Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər

17 Fevral 17:03
237
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan ilə Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Oxuməni.az-a verilən məlumata görə, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yanqınla görüşüb.

Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Oxuməni.az