Bu gündən etibarən hava tədricən qızmağa başlayacaq

Bu gündən etibarən hava tədricən qızmağa başlayacaq

4 Aprel 2012 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

Aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, mülayim cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 5-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

O.M.