Təhsil naziri dərsliklərdəki səhvlərin düzəldilməsi üçün tapşırıq verdi

Təhsil naziri dərsliklərdəki səhvlərin düzəldilməsi üçün tapşırıq verdi

4 Aprel 2012 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi, TQDK-nın nümayəndələri ilə tez-tez görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: "Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Çatışmazlıqların olması mümkündür, heç vaxt mütləq düzgün dərslik olmayıb. Bununla belə, problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılır".

O.M.