Saxta sənədlərlə Dövlət Büdcəsinə külli miqdarda ziyan vurmuş müəssisələr barədə cinayət işi açıldı

Saxta sənədlərlə Dövlət Büdcəsinə külli miqdarda ziyan vurmuş müəssisələr barədə cinayət işi açıldı

3 Aprel 2012 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Vergilər Nazirliyi Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin mart ayında 15 cinayət işi başlanıb ki, onlardan 8-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub. Araşdırmalar zamanı müəyyən edilib ki, "Azərbərpa-1" MMC 347 487,99 manat, "Rubin-TTİ" 181 28,35 manat, "Yeni sabah" MMC isə 4 119 588,22 manat məbləğində vəsaiti vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsinə ödəməkdən yayındırıblar. Külli miqdar təşkil edən bu cür vergidən yayınma faktları vergi orqanları tərəfindən "Yeni sabah" MMC-də 2007-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması, "Azərbərpa-1" MMC, "Rubin-TTİ"-də 2010-cu il üzrə aparılan növbədənkənar səyyar vergi yoxlamaları zamanı aşkara çıxarılıb. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar.

Departament tərəfindən aparılmış digər araşdırmalarla "M Aqrarsənaye", "Falko-Fa", "Paradif", "Caspian Dome" və "Pronto LTD" MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib. Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir.
Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.

O.M.