Bu gecədən etibarən hava yağmurlu olacaq

Bu gecədən etibarən hava yağmurlu olacaq

2 Aprel 2012 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 2-dən 3-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq. Aprelin 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 3-də bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta olacaq.
Aprelin 4-də bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta təşkil edəcək.

O.M.