Bu gün Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsində içməli su fasilələrlə veriləcək

Bu gün Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsində içməli su fasilələrlə veriləcək

2 Aprel 2012 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilən layihələrə uyğun olaraq magistral su kəmərlərinin yenilənməsi işləri aparılır. Bununla əlaqədar Bakının Azadlıq prospektində çəkilmiş yeni 500 mm diametrlik magistral su xəttinin şəbəkəyə birləşdirilməsi işləri həyata keçirilir.

Metal borulardan ibarət magistral kəmər özüaxımılı rejimdə işləməklə su təchizatını yaxşılaşdıracaq. Yenidənqurma işləri ilə əlaqədar aprelin 2-3-də Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsinə - Azadlıq və Bülbül prospektlərinə, Puşkin və D.Əliyeva küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.