Bakının Xətai rayonunun su təchizatı dayandırılıb

Bakının Xətai rayonunun su təchizatı dayandırılıb

30 Mart 2012 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhərinin Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şosesi, "Qara şəhər", Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.