Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb

Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb

22 Yanvar 2020 14:45
Bəyəndim (0) Bəyənmədim (4)

Bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışı üçün müraciətlərin başlanacağı deyilsə də, proses təxirə salınıb.

Oxuməni.az-ın məlumatına görə, bu İpoteka və Kredit Zəmanət Fondunun rəsmi portalına giriş hissədə qeyd edilib.

Hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir.

“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılıb.

Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Oxuməni.az