Sabahdan əhaliyə kirayəyə mənzillər təklif olunacaq

Sabahdan əhaliyə kirayəyə mənzillər təklif olunacaq

21 Yanvar 2020 15:47
Bəyəndim (1) Bəyənmədim (11)

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə keçirilən brifinqdə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.

“Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınıb və kirayəyə təklif olunacaq”, - o qeyd edib.

Xatırladaq ki, sabahdan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır. Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.

Oxuməni.az