Abituriyent olmamış 2917 tələbə magistratura imtahanlarına sənəd verib
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanında iştirak etmədiyi aşkarlanıb. Bunu "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimat mərasimində TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, müxtəlif idarə və təşkilatlar, nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməyən 734 nəfər müəyyən olunub. Komitə sədri bildirib ki, 2005-ci ildən TQDK magistraturaya qəbul imtahanı keçirir: "Magistraturaya sənəd verən şəxslərin sənədləri araşdırılan zaman sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəbə daxil olmadığı aşkarlanıb".
O.M.