Minlərlə dolları iştaha ilə yedilər

Minlərlə dolları iştaha ilə yedilər

22 Aprel 2011 13:20
1 009
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda qarışqalar bankın kassasında mühafizə edilən milyonlarca rupini - minlərlə dolları yedilər.


Polis əməkdaşı Lavrit Rana bildirib ki, Barabanki qəsəbəsindəki bankların birinin əməkdaşları kassanı açdıqda dəhşətə gəliblər. Belə ki, dəmir kassaya sızan qarışqalar oradakı pullardan geriyə heç nə buraxmayıblar. Hazırda bank işçiləri ilə polis araşdırma aparır. Bu işdə məsul olanlar isə məsuliyyətsizliklərinə görə cəzalarını çəkəcəklər.


Daha öncə də bankın mebel dəstlərinə və kağızlarına "tamah salan" "zəhmətkeşlərin" pul dəstələrini necə didik-didik etmələri və önlərindəki dəmir divarları necə aşdıqları da eyni zamanda araşdırılır.


Kassanı aylarla açmayanda qarışqa aparar da. Axı onlar insanlar kimi tənbəl deyillər...


Günel Həbib


O.M.