Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın 3 şəhərinə aviareyslər təxirə salındı

Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın 3 şəhərinə aviareyslər təxirə salındı

27 Mart 2012 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Bakıdan Omsk, Perm və Moskva şəhərlərinə bu gün yerinə yetirilməli olan aviareyslər məlum olmayan vaxtadək təxirə salınıb: "Bu şəhərlərdən bu gün Bakıya aviareyslər yerinə yetirilməyib. Müvafiq olaraq Bakıdan da əks istiqamətlərdə uçuşlar təxirə salınıb".

Sözügedən şəhərlərdən Bakıya uçuşların yerinə yetirilməməsinin səbəbi bildirilmir. Qeyd edək ki, sözügedən hər üç aviareysi Rusiya aviaşirkətləri yerinə yetirir.

O.M.