ABŞ Milli Kəşfiyyatı: "Yaxın onillikdə qlobal müharibələr olacaq"

ABŞ Milli Kəşfiyyatı: "Yaxın onillikdə qlobal müharibələr olacaq"

23 Mart 2012 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Təbii fəlakətlər və onların yaradacağı fəsadlar yaxın onilliklər ərzində yeni müharibələrə səbəb olacaq. Bu məlumat ABŞ Milli Kəşfiyyatının sonuncu hesabatında yer alıb. Lenta.ru-nun xəbərinə görə, məlumatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrin əhalisi sürətlə artdığı halda təbii resurslar tükənmək üzrədir. Bu da həmin coğrafiyada sosial gərginliyin artmasına gətirib çıxarıb. Analoji tendensiya davam edərsə, tezliklə yeni müharibələrin alovlanması qaçılmazdır. ABŞ Milli Kəşfiyyatı təşkilatının rəhbəri Ceyms Klapperə ünvanlanan hesabatda bildirilir ki, yeni müharibələr təbii resursların ələ keçirilməsi məqsədini güdəcək.

O.M.