"Çalışırıq ki, rəqəmsal yayıma keçəndə əhalinin aztəminatlı hissəsi çox əziyyət çəkməsin"

"Çalışırıq ki, rəqəmsal yayıma keçəndə əhalinin aztəminatlı hissəsi çox əziyyət çəkməsin"

23 Mart 2012 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin verdiyi məlumata görə, MTRŞ-a əlavə səlahiyyətlərin verilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə hələlik cavab verilməyib, amma bu məsələ cəmiyyət tərəfindən dəstəklənir: "Başqa ölkələrdə olduğu kimi, MTRŞ-a bəzi verilişlərin yayımının bir neçə günlüyə dayandırılması səlahiyyəti verilməlidir. Belə olarsa, televiziya kanalları lazımsız verilişləri bir daha yayımlamayacaq. Bu, daha çox çəkindirici xarakterdə olan əlavə səlahiyyət istəyidir".

Rəqəmsal yayıma keçidlə bağlı prosesin davam etdiyini deyən MTRŞ sədri bildirib ki, Şura bununla bağlı əhalinin tərəfindədir: "Çalışırıq ki, rəqəmsal yayıma keçəndə əhalinin aztəminatlı hissəsi çox əziyyət çəkməsin. Əhalinin aztəminatlı təbəqəsinin dekoderlərlə təmin olunması ilə bağlı ölkə prezidentinə göndərdiyimiz müraciətə baxılır. Müraciət müsbət həllini taparsa, rəqəmsal yayıma keçid çox tez başa gələcək. Əks halda, bir müddət analoq yayımla rəqəmsal yayımı paralel aparmaq məcburiyyətində qalacağıq".

O.M.