Coca-cola qiymətləri qaldırdı

Coca-cola qiymətləri qaldırdı

19 Mart 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda "Coca-Cola" içkilərinin satış qiymətləri artırılıb. Ölkədə alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biri olan "Azerbaijan Coca-Cola Bottler Ltd." şirkəti istehsal etdiyi məhsulların qiymətini qaldırdığını rəsmən bəyan edib. Şirkətin qiymətlərin dəyişməsi barədə rəsmi açıqlamasına görə, bahalaşma şirkətin buraxdığı "Coca-Cola", "Fanta" və "Sprite" içkilərinə aid olacaq.

Məlumatda bildirilir ki, qiymətlərin artırılması son illər ərzində məhsulların maya dəyərinin yüksəlməsi ilə əlaqədardır: "Son 4 il ərzində istehsalda maya dəyərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə əlaqədar olaraq "Coca-Cola", "Fanta", "Sprite" PET 1L, PET 2L məhsullarımızın qiymətini artırmağa məcburuq", - deyə məlumatda bildirilir. Bahalaşma adı çəkilən içkilərin 1 və 2 litrlik qablaşdırmasına aid olacaq. Nəticədə, aprelin 16-dan etibarən 1 litrlik içkilərin qiyməti 50 qəpikdən 60 qəpiyə, 2 litrliklərin qiyməti isə 80 qəpikdən 90 qəpiyə qaldırılacaq.

O.M.