Bu gündən ətin qiyməti 1 manat ucuzlaşdı

Bu gündən ətin qiyməti 1 manat ucuzlaşdı

4 Aprel 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzi qəssablar hökumətin bu addımından narazıdırlar

Bu gündən ölkə ərazisində ət məhsulları 1 manat ucuzlaşdı. Kənd Təsərrüfatı Nazirliyinin qiymətlərin tənzimlənməsi yolunda atdığı bu addım istehlakçıları qane etsə də, bəzi istehsalçıları və satıcıları qane etmir. Belə ki, artıq iri bazar və dükanlardakı ətin təchizatını hökumət özü təşkil edəcək. Əvvəlkindən fərqli olaraq, təchizat bir mərkəzdən idarə olunacaq və mallar ancaq yerli məhsullardan ibarət olacaq. Ət məhsulları satış mərkəzlərinə 50 qəpik ucuz veriləcək. Bu barədə artıq bazar rəhbərliklərinə və satıcılara məlumat verilib. İndi bir şox yerlərdə "qoyun əti 7 manar", "mal əti 6 manat" yazılarını görmək olar. Biz də bu faktla "8-ci mikrorayon ət bazarı" adlanan satış mərkəzində tanış olduq. Lakin mövcud yenilik alıcıların ürəyincə olsa da, bəzi işbazları razı salmir. Belə ki, onlar ətin hər kiloqramından 1-2 manat mənfəət götürdükləri halda, indi 50 qəpiklə kifayətlənməli olacaqlar. Ona görə də rəsmi elanlara baxmayaraq, hələ də ət köhnə qiymətlərlə satılır. Bazara gələn müştərilərə məlumat verilir ki, hazırda satılan ət köhnə qiymətlə alındığı üçün təzə qiymətlə satıla bilməz.

Hökumətin bu addımı qiyməti tənzimləməklə yanaşı, həm də sanitariya vəziyyətinə nəzarəti gücləndirəcək.

Həbib Şahməmmədov

O.M.