İranın dünya bankları ilə əlaqəsi tam kəsildi

İranın dünya bankları ilə əlaqəsi tam kəsildi

16 Mart 2012 11:27
1 320
Bəyəndim (0) Bəyənmədim (0)
30 aparıcı İran bankı SWIFT-dən ayrılıb

Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyətinin (SWIFT) qərarı ilə İran İslam Respublikasının dünya maliyyə-iqtisad aləmi ilə əlaqələri birdəfəlik kəsilib. SWIFT vasitəsilə İrana və İrandan həyata keçirilən maliyyə əməliyyatları dondurulub. Daha dəqiq desək, 30 aparıcı İran bankı SWIFT-dən ayrılıb. Artıq neftdən və digər eksport mallarından əldə edilən və ya import üçün ödəniləcək mexanizm yoxdur. SWIFT-in baş direktoru Luzaro Kampos İrana qarşı maliyyə hücumunu bu cür qiymətləndirib: "Bankların sistemdən çıxarılması SWIFT üçün fövqəladə və görünməmiş addımdır. Bu, İrana yönəldilmiş beynəlxalq və çoxtərəfli sanksiyaların sərtləşdirilməsinin birbaşa nəticəsidir. Avropa Şurasının qərarı ilə SWIFT kimi şirkətlər İranla maliyyə əlaqələrini kəsməli idilər."

Qeyd edək ki, SWIFT-in bu qərarını İsrailin Baş naziri Binyamin Netanyahu alqışlayıb.

Dünyanın məqsədi İranı nüvə layihəsindən yayındırmaq deyil, İslam dövlətində "nüvə partlayışı" etməkdir...

Murad Şahməmmədov

O.M.