SİYAHI-Sovet əmanət kassalarında qalmış borclar 2013-cü ilin sonunadək ödəniləcək

SİYAHI-Sovet əmanət kassalarında qalmış borclar 2013-cü ilin sonunadək ödəniləcək

15 Mart 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və o bankın hüquqi varisi "Kapital Bank" ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə o hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr verilsin. Əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabradək başa çatdırılır. "Kapital Bank" ASC birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.

Əmanət qalığı

Qaytarılacaq məbləğ

2000 rubl

300 manat

3000 rubl

400 manat

4000 rubl

500 manat

5000 rubl

600 manat

6000 rubl

680 manat

7000 rubl

760 manat

8000 rubl

840 manat

9000 rubl

920 manat

10 000 rubl

1 000 manat

15 000 rubl

1 250 manat

20 000 rubl

1 500 manat

25 000 rubl

1 750 manat

30 000 rubl

2 000 manat

35 000 rubl

2 250 manat

40 000 rubl

2 500 manat

45 000 rubl

2 750 manat

50 000 rubl

3 000 manat

60 000 rubl

3 500 manat

70 000 rubl

4 000 manat

80 000 rubl

4 500 manat

90 000 rubl

5 000 manat

100 000 rubl

5500 manat

O.M.