Vizasız gediş-gəlişlə bağlı sənəd təsdiqləndi

Vizasız gediş-gəlişlə bağlı sənəd təsdiqləndi

3 Dekabr 2019 13:45
233
Bəyəndim (1) Bəyənmədim (0)

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokol müzakirəyə çıxarılıb.

Oxumeni.az-ın xəbərinə görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az