SOCAR-ın yeni vitse-prezidenti o oldu

SOCAR-ın yeni vitse-prezidenti o oldu

3 Dekabr 2019 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

SOCAR-a yeni vitse-prezident təyin edilib.

Oxumeni.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam verib. Sərəncama əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyi yeni vəzifəsi ilə bağlı D. İskəndərova uğurlar arzulayıb:

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az