Gələn ildən İraq Kürd Regional Rəhbərliyi çıxardığı sutkalıq 250 min barrel nefti “SOMO”ya təhvil verəcək
2020-ci ilin yanvarından etibarən İraq Kürd Regional Rəhbərliyi (İKRR) çıxardığı gündəlik 250 min barrel nefti İraq Milli Neft Şirkətinə (SOMO) təhvil verəcək.
Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İraqın Neft naziri Tamir Gadban deyib. Nazir İraq mərkəzi hökuməti ilə İraq Kürd Regional Rəhbərliyi arasında 2020-ci ilin dövlət büdcəsi üzrə ilkin razılığın əldə edildiyini bildirib. Büdcənin bütün detallarının müzakirə edildiyini deyən nazir yekun razılaşmanın yaxın vaxtlarda əldə olunacağını qeyd edib. Razılaşmaya görə, 2020-ci ilin yanvarından etibarən İKRR çıxardığı gündəlik 250 min barrel nefti İraq Milli Neft Şirkətinə təhvil verəcək və həmin neft Türkiyənin Ceyhan limanı vasitəsilə ixrac ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)