15-18 mart tarixlərində ölkə ərazisində havanın temperaturu aşağı düşəcək

15-18 mart tarixlərində ölkə ərazisində havanın temperaturu aşağı düşəcək

13 Mart 2012 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın məlumatına görə, 15 martdan başlayan qeyri-sabit hava şəraiti martın 18-dək davam edəcək. Həmin müddət ərzində hava fasilələrlə yağıntılı olacaq, bəzi rayonlarda sulu qar, qar yağacaq. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. U.Tağıyeva həmçinin qeyd edib ki, martın 16-da Bakıda və Abşeron yarımadasında gecə saatlarında temperatur 0 dərəcəyə yaxın, ayın 16-da və 17-də gündüz saatlarında 1-4 dərəcədən yüksək olmayacaq. Ayın 15-dən başlayaraq şimal qərb küləyinin güclənəcəyi gözlənilir: "Bakı və Abşeron yarımadasında martın 15-i axşam və 16-da yağıntının sulu qara keçəcəyi proqnozlaşdırılır".

O.M.