Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb

Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb

21 Noyabr 2019 09:10
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstan Milli Bankı monetar siyasəti yenidən sərtləşdirə bilər.

Oxumeni.az xəbər verir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin bugünkü iclasında söyləyib.

O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək.

Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.

Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.

Cari ilin 6 ayında GEL ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)