Avropa İttifaqında 62 milyon qadın yoxsul yaşayır

Avropa İttifaqında 62 milyon qadın yoxsul yaşayır

8 Mart 2012 12:11
1 274
Bəyəndim (0) Bəyənmədim (0)
Kişilərin vəziyyəti də o qədər ürəkaçan deyil

Avropa İttifaqının (Aİ) üzv ölkələrində yaşayan, kasıblıq həddində olan qadınların sayı kişilərdən çoxdur. Avropa İttifaqı statistika komitəsinin məlumatlarına istinadən İnterfax-ın yaydığı xəbərə görə, 2011-ci ildə Aİ-nin 27 ölkəsində 257 milyon qadın, 245 milyon kişi yaşayır ki, bu da hər 105 qadına 100 kişi nisbəti deməkdir. Pribaltika ölkələrində qadınlar kişilərdən 16 % çoxdur. Qadınlarla kişilərin bərabər sayı 101-in 100-ə nisbətdə Kiprdə, İsveçdə, Lüksemburqda və Maltada müşahidə olunur. 2010-cu ilin statistikasına görə, Aİ-nın 27 ölkəsində 62 milyon qadın (İttifaq üzrə ümumi qadınların 24.5%-i), 54 milyon kişi (İttifaq üzrə ümumi kişilərin 22.3%-i) yoxsulluq həddində yaşayır və cəmiyyətdən təcrid olunmaq təhlükəsi ilə üz-üzədir. Göründüyü kimi, qadınların vəziyyəti kişilərə nisbətdə daha da acınacaqlıdır. Bu hal ən çox İtaliyada müşahidə olunur. Bu ölkənin qadın əhalisinin 26.3%-i, kişilərin isə 22.6%-i yoxsulluq həddində yaşayır. Avstriyada bu fərq 18.4%-in 14.7%-ə nisbətindədir. Sloveniyada isə qadın əhalinin 20.1%-i, kişilərin 16.5%-i kasıb yaşayır. Estoniya, Latviya, Litva və Macarıstanda kasıb qadınlarla kişiləri arasındakı fərq 1% həddindədir.

Qadın kasıb olsa da, olduqca dəyərli varlıqdır. Məhz buna görə də kişilər qadınlara nisbətən daha zəngin sayılır...

Murad Şahməmmədov

O.M.