Hakimliyə namizədlərin şifahi imtahanı keçirildi

Hakimliyə namizədlərin şifahi imtahanı keçirildi

7 Mart 2012 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Hakimlərin Seçki Komitəsinin məlumatına görə, test üsulu ilə və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 102 nəfər namizədlə açıq şəkildə, beynəlxalq və yerli təşkilatlardan olan 40-dək müşahidəçinin iştirakı ilə şifahi imtahanlar keçirilib. İmtahanda namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunmasına sərbəst şərait yaradılıb. İmtahanın açıq və şəffaf keçirilməsi müşahidəçilər tərəfindən də yüksək dəyərləndirilib. İmtahan nəticələri üzrə 60 və daha çox bal toplamış şəxslər növbəti mərhələyə - uzunmüddətli tədris kursuna buraxılıblar.

O.M.