Azərbaycanda tikiləcək dünyanın ən böyük binasının layihəsi hazırdır

Azərbaycanda tikiləcək dünyanın ən böyük binasının layihəsi hazırdır

6 Mart 2012 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin verdiyi məlumata görə, Bakı şəhəri yaxınlığında, Xəzər dənizində salınan yeni şəhər - "Khazar Islands"da tikintisi nəzərdə tutulan 1 050 metr hündürlüyü olan "Azerbaijan Tower" ("Azərbaycan Qülləsi") bina kompleksinin inşası 2 mlrd. ABŞ dollarına başa gələcək. Binanın memarlıq layihəsi artıq hazırdır, onun konstruksiya hissəsini ABŞ, Britaniya və Hollandiya şirkətləri birlikdə hazırlayacaq. Ümumi sahəsi 1 mln. kv. metr olacaq "Azerbaijan Tower" konstruksiyanın möhkəmliyini təmin etmək məqsədi ilə müxtəlif mərtəbəli 7 binadan ibarət olacaq. Burada mənzil, otel, ofis sahələri və s.-nin olması nəzərdə tutulub. Xatırladaq ki, bununla da "Azerbaijan Tower" ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan "Bürc Xəlifə"dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan "Kingdom Tower" qülləsindən 50 metr hündür olacaq. Qeyd edək ki, "Khazar Islands" layihəsinin icrası ümumilikdə təqribən 100 mlrd. dollara başa gələcək.

O.M.