VİDEO-Mercedes şəffaf avtomobil istehsal etdi

VİDEO-Mercedes şəffaf avtomobil istehsal etdi

5 Mart 2012 18:10
827
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni avtomobil 2015-ci ildən kütləvi satışa buraxıla bilər

Mercedes-Benz şirkəti F-CELL hidrogen texnologiyalarından istifadə edərək gözəgörünməz avtomobil istehsal edib. Gözəgörünməzlik imkanlarını əldə etmək üçün istehsalçılar sürücü tərəfdən işıq diodlarını yapışdırıblar ki, bu da LED - displey effektini verir. Maşına baxan insanlar onun əks tərəfini rahatlıqla görə bilirlər. Bu da optik illüziya nəticəsində mümkün olur. Belə ki, qarşı tərəfdə quraşdırılmış güzgü kamera geniş diapazonda çəkdiklərini ekrana ötürür. Görüntü ideal olmasa da, şəffaflıq effekti alınır.

Artıq yeni avtomobilin reklam rolikləri hazırdır. Həmin maşınlar 2015-ci ildən kütləvi satışa buraxıla bilər.

Maşını alanda nəyinə baxacaqsan, bilinmir...

Aqil Hüseynov

O.M.