Sabirabadda təbii fəlakətdən ziyan görmüş sakinlər üçün yeni qəsəbə salındı

Sabirabadda təbii fəlakətdən ziyan görmüş sakinlər üçün yeni qəsəbə salındı

3 Mart 2012 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sabirabadın Ulacalı kəndində Kür və Araz çaylarının daşmasından zərər çəkmiş sakinlər üçün yeni salınmış qəsəbənin açılışı olub. Açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak edib. Yeni qəsəbədə 50 ailə üçün 2-4 otaqlı mənzillərdən ibarət müəyyən infrastruktura malik yeni evlər tikilib.

Həmin gün Ulacalı kəndində yeni əsaslı təmir olunmuş şəhid Böyükağa Ağayev adına 220 şagird yerlik orta məktəbin də açılışı olub.

O.M.