Məktəblilərin yaz tətili günlərinin vaxtı artırıldı

Məktəblilərin yaz tətili günlərinin vaxtı artırıldı

1 Mart 2012 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi açıqlamaya görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir. Lakin Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar tətil müddətində də dəyişiklik olub. Belə ki, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə şagirdlər martın 26-da, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə martın 27-də dərsə gələcəklər.

O.M.