Vergilər Nazirliyi virtual hücumlara sinə gərdi

Vergilər Nazirliyi virtual hücumlara sinə gərdi

24 Fevral 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyinin informasiya texnologiyaları şöbəsinin rəisi Eyyub İbrahimovun verdiyi məlumata görə, əcnəbi hakerlərin Azərbaycanın dövlət qurumlarının veb-saytlarına hücumu zamanı Vergilər Nazirliyinin internet səhifəsi də hücuma məruz qalıb. Amma təhlükəsizlik səviyyəsi yüksək olduğuna görə, bu hücumlar nəticəsiz qalıb və saytın işində heç bir problem yaranmayıb: "Həmin dövrdə bizim sayta təqribən 6 dəfə hücum cəhdi olub, 2500-ə yaxın IP qeydə alınıb. Biz bu hücumları görürdük. Lakin tətbiq etdiyimiz ən müasir avadanlıqlar və təhlükəsizlik tədbirləri bu hücumların qarşısını almağa imkan verib".

Qeyd edək ki, Vergilər Nazirliyinin internet səhifəsi (www.taxes.gov.az) digər qurumlarda olduğu kimi, təkcə informativ xarakter daşımır, ölkədəki elektron vergi sisteminin mühüm bir hissəsidir. Bu səhifə vasitəsilə elektron vergi bəyannamələri və hesabatlarını təqdim etmək, digər xidmətlərdən istifadə etmək mümkündür. Ötən ilin yayından bu səhifə vasitəsilə fiziki şəxs olan sahibkarların, bir qədər əvvəl isə hüquqi şəxslərin elektron qeydiyyatına başlanılıb.

O.M.