Sabahdan etibarən Bakının Puşkin küçəsində avtomobil yolu bağlanacaq

Sabahdan etibarən Bakının Puşkin küçəsində avtomobil yolu bağlanacaq

21 Fevral 2012 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, sabahdan Bakının Puşkin küçəsində avtomobillərin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq. Bu, Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikintisinin davam etdirilməsi ilə əlaqədardır. Üzeyir Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən Puşkin küçəsi ilə Neftçilər prospektinə hərəkət tam məhdudlaşdırılıb və müvafiq yol nişanları qoyularaq istiqamət dəyişdirilib. Sürücülər təmir-tikinti işləri başa çatana kimi Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edərək istiqamət götürə bilərlər. Məhdudiyyət təmir-tikinti işləri başa çatana kimi qüvvədə qalacaq.

O.M.