Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında su fasilələrlə veriləcək

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında su fasilələrlə veriləcək

21 Fevral 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin mətbuat xidmətinin məlumatına görə, ASC Bakı şəhərinin Nəsimi rayonu, 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işlərini həyata keçirilir. Bununla əlaqədar fevralın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.