Tehran üçün fəlakət: Çin İran neftindən imtina etdi

Tehran üçün fəlakət: Çin İran neftindən imtina etdi

28 May 2019 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Çin hökuməti İrandan neft alışını dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal" qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet Pekinin bu addımı ABŞ sanksiyalarından qorxduğu üçün atdığını bildirib.

İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Rəhim Zarenin sözlərinə istinad edən qəzet demək olar ki, Tehranın neft satışının dayandığını vurğulayıb. Artıq təkcə böyük korporasiyalar yox, İranın ümid bəslədiyi elə də böyük olmayan özəl şirkətlər də neft almaqdan imtina ediblər.