Dövlət Gömrük Komitəsinin sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub

Dövlət Gömrük Komitəsinin sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub

25 May 2019 18:52
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

Səfər Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.